Dövlət borcu üzrə öhdəliklərin Təminat Fondu üçün 10,7 milyon manatı geri qaytarılıb

14:21 - 4.11.2025


4 noyabr, Fineko/abc.az. Bu il Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun ödədiyi vəsaitlərinin 203,7 milyon manatının bərpa edilməsi nəzərdə tutulsa da, bu ilin I yarısında bu məbləğin cəmi 10,7 milyon manatı və yaxud 5,3 %-i geri qaytarılıb.

ABC.AZ-a xəbər verir ki, bu, Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Təminat Fondunun faktiki xərcləri 2023-cü ildə 438,2 milyon manat, 2024-cü ildə isə 463,3 milyon manat təşkil edib.

Bu il Fondun vəsaitlərinin davamlı azalma trendi, proqnozlaşdırılan bərpa məbləğlərinin icra səviyyəsinin aşağı olması, həmçinin "Dövlət borcu haqqında" Qanuna edilmiş son dəyişikliklərlə büdcə ssudalarının geri qaytarılmaması halında həmin öhdəliklərin də Təminat Fondu hesabına qarşılanmasının nəzərdə tutulması, 2026-cı ildə Fondun maliyyə dayanıqlığının qorunması məqsədilə dövlət büdcəsi hesabına əlavə vəsaitlərin cəlb edilməsini zəruri edəcəyi qənaətini formalaşdırıb.