14:49 - 3.11.2025
3 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyası ləğv olunub.
ABC.AZ tənzimləyici quruma istinadən xəbər verir ki, bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 35-ə düşüb.
Xatırladaq ki, "İnci Kredo Kredit İttifaqı" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 5,5 min manatdır. Kredit ittifaqı Bakıda fəaliyyət göstərib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026