Azərbaycan banklarının 26 milyard 751 milyon manatlıq xalis xarici aktivləri var

11:07 - 3.11.2025


3 noyabr, Fineko/abc.az. Bu ilin oktyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 751 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Aərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bu, aylıq müqayisədə 0,9 % az, ilin əvvəli ilə müqayisədə 0,6 %, ötən ilin oktyabrın 1-nə nisbətən isə 5 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 234,7 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,3 %, ilin əvvəli ilə müqayisədə 6,8 %, ötən ilin oktyabrın 1-nə nisbətən isə 5,7 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 56 milyard 138 milyon manat olan 22 bank fəaliyyət göstərir.