15:33 - 31.10.2025
31 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) rəqəmsal ödənişlərin inkişafını müzakirə edib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, bu müzakirələr Mərkəzi Bankın sədri Taleh Kazımov ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiyada rifah üzrə regional direktoru Əsəd Ələmin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, maliyyə sektorunda həyata keçirilən islahatlar, eləcə də rəqəmsal ödənişlərin inkişaf məsələləri müzakirə olunub.
Eyni zamanda, AMB ilə əməkdaşlıq çərçivəsində WB tərəfindən icra edilən "Maliyyə sektorunun modernləşdirilməsi 3" layihəsi üzrə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə danışılıb. Həmçinin WB-nin Azərbaycandakı fəaliyyəti və gələcək perspektivləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026