11:57 - 31.10.2025
31 oktyabr, Fineko/abc.az. Bu günə qədər Ələt Azad İqtisadi Zonasında Çin, Hindistan, Rusiya, İsrail, Türkiyə və digər ölkələrdən olan şirkətlər qeydiyyatdan keçiblər.
ABC.AZ xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının (AİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
O bildirib ki, onlardan dördü artıq inşaat işləri aparır, iki şirkət isə bu ilin sonunadək razılaşdırılmış məhsulların istehsalına başlayacaq.
"Digər şirkətlər də tikinti mərhələsindədir və onların istehsal fəaliyyətinə gələn il və ondan sonrakı il başlanması planlaşdırılır" - deyə, o söyləyib.
V. Ələsgərov əlavə edib ki, Ələt Azad İqtisadi Zonasının əsas cəlbedici üstünlüklərindən biri vergi və gömrük rüsumlarının tamamilə sıfır olmasıdır:
"Burada fəaliyyət göstərən şirkətlər heç bir vergi və gömrük rüsumu ödəmir. Hər iki göstərici sıfırdır".
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026