16:27 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Türkiyə Kənd və Meşə Təsərrüfatı Nazirliyi bu il ölkədə tərəvəz və meyvə istehsalının 30% azalacağını elan edib.
ABC.AZ xəbər verir ki, xüsusilə, tərəvəz istehsalının əvvəlki ilə nisbətən 0,8% azalaraq təxminən 33,3 milyon ton səviyyəsinə enəcəyi proqnozlaşdırılır. Eyni zamanda, pomidor istehsalı 7,6%, bibər — 6,3%, yaşıl lobya — 8,3% azalacaq, soğan istehsalı isə 2,6% artacaq.
Meyvə, içki və ədviyyat istehsalının əvvəlki ilə nisbətən 30,4% azalaraq təxminən 19,8 milyon ton səviyyəsinə düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda, alma məhsulunun 48,3%, şaftalı 46,1%, nektarin 44,1%, albalı 70,6%, üzüm 24,5%, çiyələk 1,9% azalacağı gözlənilir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026