Aİ Rusiyaya qarşı sanksiyalara görə Türkiyə banklarına nəzarəti gücləndirəcək

11:28 - 27.10.2025


27 oktyabr, Fineko/abc.az. Avropa İttifaqı Rusiya ilə əməkdaşlıq edən Türkiyə banklarına 19-cu anti-Rusiya sanksiyalar paketi çərçivəsində təzyiq göstərə bilər.

ABC.AZ xəbər verir ki, Brüssel maliyyə əməliyyatlarına nəzarəti gücləndirmək və yalnız Rusiyanın birbaşa maliyyə kanallarını deyil, həm də üçüncü ölkələr vasitəsilə "boz marşrutları" bağlamaq niyyətindədir.

Türkiyədə qeyd edirlər ki, hələlik söhbət fakt və ittihamlar olmadan yalnız siyasi fərziyyələrdən gedir.