Bu şirkətlər İlon Maskın şirkəti ilə mübarizə aparmaq üçün birləşirlər

17:19 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Avropanın üç aparıcı texnoloji şirkəti — Airbus, Thales və Leonardo — qitənin kosmik sənayedəki mövqeyini gücləndirmək və İlon Maskın SpaceX ilə rəqabət etmək üçün bir araya gəlir.

ABC.AZ xəbər verir ki, birgə müəssisənin 2027-ci ildə yaradılması planlaşdırılır, təxminən 25 min iş yeri və illik dövriyyəsi 6,5 milyard avro təmin edəcək.

Airbus 35%, Thales və Leonardo isə 32,5% pay alacaq.

Yeni şirkət peyk və kosmik sistemlərin istehsalı, eləcə də kosmik xidmətlər ilə məşğul olacaq, Avropanın əsas sahələrdə — telekommunikasiya, naviqasiya, Yerin müşahidəsi və milli təhlükəsizlik sahələrində strateji müstəqilliyini gücləndirəcək.