16:03 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş sosial verginin ödənilməsi qaydası dəyişə bilər.
ABC.AZ xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gələn ildən aylıq gəlir yalnız 200 manatdan 8 000 manata qədər olduqda sığortaolunan 6 manat + 200 manatdan 8000 manata qədər olan hissənin 10 %-i qədər, sığortaedən isə 44 manat + 200 manatdan 8 000 manata qədər olan hissənin 15 %-i qədər sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü - 25 %).
Aylıq gəlir 8 000 manatdan çox olduqda isə sığortaolunan 786 manat + 8 000 manatdan çox olan hissənin 10 %-i qədər, sığortaedən isə 1 214 manat + 8 000 manatdan çox olan hissənin 11 %-i qədər sosial sığorta haqqı ödəyəcək. (sosial vergi yükü - 21 %).
Aylıq gəlir 200 manata qədər olduqda isə hazırda qüvvədə olan qaydada sığortaolunan 3 %, sığortaedən isə 22 % sosial sığorta haqqı ödəyəcək (sosial vergi yükü - 25 %).
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026