11:58 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) ən aktiv brokerlər, market-meykerlər və anderrayterlər müəyyənləşib.
BFB-nin hazırladığı “Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülleteninə əsasən, hesabat dövründə təkrar bazar əməliyyatlarının sayına görə "ABB Invest" 8 560 əməliyyatla birinci sırada yer alıb.
Bu göstərici üzrə ikinci yeri 5 059 əməliyyatla "Troni", üçüncü yeri isə 1 227 əməliyyatla "PAŞA Capital" tutub.
Market-meyker əməliyyatlarının sayına görə isə 5 053 əməliyyat həyata keçirən "Troni" liderlik edib. Onu 932 əməliyyatla "Unicapital" və 773 əməliyyatla "İnvestAz" izləyib. Emitentlərə göstərilən anderraytinq xidmətlərinin sayına gəlincə, "PAŞA Capital" 4 anderraytinq xidməti ilə ilk sırada qərarlaşıb. "İnvestAz" və "Unicapital" hərəsi 3, "CPM Invest", "Troni" və "ABB Invest" isə hərəsi 2 anderraytinq xidməti göstərərək növbəti yerləri bölüşüblər.
Müəllif: Elmir Muradov
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026