10:37 - 21.10.2025
21 oktyabr, Fineko/abc.az. Jeff Bezos ilk nüvə elektrik stansiyasının layihəsini təqdim edib. Şirkət öz serverlərini və süni intellekti enerji ilə təmin etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, Vaşinqton ştatında Cascade Advanced Energy Facility — yeni nüvə stansiyası qurulacaq. O, ilk mərhələdə Xe-100 tipli dörd kiçik reaktoru əhatə edəcək. Cəmi şirkət on iki kiçik ölçülü reaktor (SMR - Small Modular Reactors) quraşdırmağı planlaşdırır.
Mini reaktorlar, Amazon'un 2024-cü ilin oktyabr ayında təxminən 500 milyon dollar sərmayə qoyduğu Amerika şirkəti X-energy tərəfindən yaradılacaq. Birinci mərhələdə reaktorlar 320 meqavata qədər elektrik enerjisi istehsal edəcək, bütün mərhələlər başa çatdıqdan sonra isə güc 960 meqavata qədər artacaq. Bu həcmi təxminən 3,8 milyon ailə üçün kifayətdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026