Neft ucuzlaşır, Brent bir barel üçün $60,97 təşkil edir

09:39 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Bazar ertəsi hərraclarda etalon markaların qiyməti aşağı düşür.

Brent markalı neftin dekabr fyuçersləri ICE Futures birjasında saat 09:35-ə olan məlumata görə, $0,32 (0,52%) azalaraq bir barelə $60,97-a düşüb. Oktyabrın 17 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,23 (0,38%) artaraq bir barel üçün $61,29-a çatıb.

Saat 09:35-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin dekabr fyuçerslərinin qiyməti $0,30 (0,52%) azalaraq bir barel üçün $56,85-a düşüb. Oktyabrın 17 – də aparılan hərracların nəticələrinə görə,  WTI neftinin dekabr ayı üçün fyuçersləri $0,16 (0,28%) artaraq bir barel üçün $57,15-a çatıb.

Ötən həftə Brent markalı neft 2,30%, WTI isə 2,27% ucuzlaşıb.