15:04 - 17.10.2025
17 oktyabr, Fineko/abc.az. Çinin ən iri avtomobil istehsalçısı BYD texniki nasazlıqlar səbəbindən 116 min Tang və Yuan Pro modelini bazardan geri çağırır.
ABC.AZ xəbər verir ki, şirkət bu barədə ÇXR bazarının tənzimlənməsi üzrə dövlət idarəsinə məlumat verib.
BYD, elektrik mühərriki ilə bağlı mümkün problemlər səbəbindən 28 mart 2015-ci ildən 28 iyul 2017-ci ilədək istehsal olunan 44,5 min Tang krossoverini geri götürür.
Həmçinin, akkumulyator batareyasının ara qatının yanlış quraşdırılması səbəbindən, 2021-ci il fevralın 6-dən 2022-ci il avqustun 5-dək istehsal olunan 71,2 min Yuan Pro krossoverini geri götürür.
BYD-nin rəsmi avtomobil dilerləri qüsurları pulsuz olaraq aradan qaldıracaqlar.