09:22 - 17.10.2025
17 oktyabr, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.
Brent markalı neftin dekabr fyuçersləri ICE Futures birjasında saat 09:18-ə olan məlumata görə $0,16 (0,26%) azalaraq bir barel üçün $60,90-a düşüb. Oktyabrın 16-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,85 (1,37%) ucuzlaşaraq bir barel üçün $61,06-a çatıb.
Saat 09:18-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçerslərinin qiyməti $0,15 (0,26%) azalaraq bir barel üçün $57,31-a düşüb. Oktyabrın 16-da aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,81 (1,39%) ucuzlaşaraq bir barel üçün $57,46-a düşüb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026