11:51 - 25.09.2026
25 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışı zamanı ölkədəki siyasi və makroiqtisadi sabitliyin investorlar üçün proqnozlaşdırılan əlverişli şərait formalaşdırdığını bildirib.
Nazir vurğulayıb ki, aşağı dövlət borcu, əhəmiyyətli maliyyə ehtiyatları, şəffaf qaydalar və investisiyaların qorunması Azərbaycanın iqtisadi siyasətinin əsasını təşkil edir.
Eyni zamanda, strateji investisiya layihələrinin sürətləndirilməsi üçün Baş nazirin müavininin rəhbərliyi ilə xüsusi komissiyanın fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
Mikayıl Cabbarov həmçinin qeyd edib ki, Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz çərçivəsində həyata keçirilən uzunmüddətli siyasət sayəsində Azərbaycan Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən etibarlı beynəlxalq nəqliyyat qovşağına çevrilib.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026