12:47 - 11.10.2018
11 oktyabr, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracı keçirib.
“Oktyabrın 11-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının yekununda ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.
Oktyabrın 9-da keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin 1,7000 AZN/1 USD təşkil etmişdir.