10:46 - 8.10.2025
8 oktyabr, Fineko/abc.az. ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi (EIA) Azərbaycanda maye karbohidrogenlərin hasilatı ilə bağlı 2026-cı il üçün proqnozunu sabit saxlayıb.
ABC.AZ "Report"a istinadla xəbər verir ki, bu barədə EIA-nın aylıq icmalında qeyd olunub.
EIA-nın proqnozuna əsasən, gələn il Azərbaycanda maye karbohidrogenlərin hasilatı gündəlik 540 min barel təşkil edəcək ki, bu da sentyabr proqnozuna uyğundur.
Bu zaman I rübdə gündəlik hasilat 550 min barel (iyul proqnozu - 550 min barel), II rübdə - 540 min barel (540 min barel), III və IV rüblərdə isə - hər biri 530 min barel (hər biri 530 min barel) təşkil edəcək.
Bildirilib ki, 2024-cü ildə ölkədə maye karbohidrogen hasilatı gündəlik 600 min barel təşkil edib. I rübdə bu göstərici gündəlik 600 min barel, II və III rüblərdə - hər biri üzrə gündəlik 590 min barel, IV rübdə isə gündəlik 600 min barel səviyyəsində olub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026