10:25 - 2.10.2025
2 oktyabr, Fineko/abc.az. Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti olaraq regional nəqliyyat sistemində mühüm rol oynayır.
ABC.AZ xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, BTQ və Zəngəzur dəhlizi birlikdə regionun tranzit imkanlarını artıraraq ticarət axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq.
ADY-nin cari yükdaşıma göstəricilərinə toxunan sədr bu ilin 9 ayı ərzində Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatarın, o cümlədən 113 tranzit qatarın qəbul edildiyini vurğulayıb və bu rəqəmin ötən ilin eyni dövrünün göstəricisini (213 qatar) əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib.
Bu ilin fevralında Bakı Limanının ADY-yə birləşdirilməsi ilə regional yükdaşımalar üçün perspektivlərin daha da genişləndiyini diqqətə çatdırıb və bu inteqrasiyanın tranzit müddətini və əlavə logistik xərcləri azaltdığını, yükdaşımaların sürət və rəqabətqabiliyyətini artırdığını bildirib.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026