“Türk Hava Yolları” İrəvana uçuşlar planlaşdırır

15:41 - 1.10.2025


1 oktyabr, Fineko/abc.az. “Türk Hava Yolları” İrəvana müntəzəm uçuşlar həyata keçirməyi planlaşdırır. Aviaşirkətin Direktorlar Şurası qeyd edib ki, Rumıniyanın Timişoaru şəhərinə də uçuşlar planlaşdırılır.

ABC.AZ xəbər verir ki, aviaşirkətin açıqlamasına görə, uçuşlar "imkanlardan və bazar şərtlərindən asılı olaraq" həyata keçiriləcək. Uçuşların dəqiq başlama tarixi hələ məlum deyil.

“Gözlədiyimiz yeni nəsil Boeing laynerləri, şübhəsiz ki, parkı 2033—cü ilə qədər 800 təyyarəyə qədər artırmağı hədəfləyən strategiyamızın vacib hissələrindən biri olacaq”, - “Türk Hava Yolları” İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri Ahmet Bolat bildirib.