14:03 - 30.09.2025
30 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 190,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın sentyabr sayında bildirilir.
Bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 23,5 milyon ABŞ dolları və yaxud 14,1 % çoxdur.
Xatırladaq ki, 8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026