17:12 - 25.09.2025
25 sentyabr, Fineko/abc.az. Çin avtomobil istehsalçısı “BYD” avqust ayında Avropa İttifaqı (Aİ) bazarında 2024-cü ilin avqustu ilə müqayisədə üç dəfə çox elektromobil satıb.
ABC.AZ xəbər verir ki, şirkət satışlarda “Tesla”nı geridə qoyub. Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) aylıq hesabatında qeyd olunub.
ACEA-ya görə, avqustda “BYD” Aİ-də 9130 elektromobil satıb ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 201.3% çoxdur. Eyni zamanda “Tesla”nın satışları 36,6% azalıb və ötən ay 8220 elektromobil təşkil edib. “Tesla”nın Aİ bazarındakı payı 2%-dən 1.2%-ə enib, “BYD”nin payı isə 0.5%-dən 1.3%-ə yüksəlib.
Ümumilikdə, Aİ-də avtomobil satışları illik müqayisədə 5.3% artıb. Ötən ay bu bazarda təxminən 678 min avtomobil satılıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026