Mərkəzi Bankın sorğusu tam şəffaf və anonim olacaq - Samir Nəsirov

11:32 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bu gündən ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri barədə sorğulara başlayır.

ABC.AZ xəbər verir ki, sözügedən layihə ilə bağlı keçirilən tədbirdə Mərkəzi Bankın Statistika Departamentinin rəhbəri Samir Nəsirov bildirib ki, tənzimləyici orqan uzun illərdir real sektor müəssisəıər arasında sorğu keçirir.

"Biz 400-dən artıq müəssisə arasında sorğu aparır və bunun nəticələrini işgüzar fəallıq indeksi altında paylaşırıq. Yeni layihədə iştirak edən bütün respondentlərin anonimliyi qorunacaq. Rübdə bir dəfə keçiriləcək sorğunun müddətini ilkin olaraq 1 ay nəzərdə tutmuşuq. Bu artıq tam şəffaf olacaq".

Müəllif: Elmir Murad