Tacikistan və Türkiyə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırırlar

16:44 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. Tacikistan Türkiyə ilə əməkdaşlığı genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, tekstil, alüminium emalı və müştərək müəssisələr prioritet sahələr adlanır. Tərəflər siyasət, iqtisadiyyat, mədəniyyət, turizm və təhsildə əməkdaşlığın inkişafını da müzakirə ediblər. Oktyabr ayında Düşənbədə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. 2025–ci ilin yanvar-avqust aylarının nəticələrinə görə, ölkələr arasında ticarət 277,4 milyon dollar (keçən il ilə müqayisədə +2,2%) təşkil edib.