Dünyanın ən uzun aviareysi işə salınıb

15:01 - 18.09.2025


18 sentyabr, Fineko/abc.az. “China Eastern Airlines” aviaşirkəti Şanxaydan Buenos-Ayresə uçuş üçün biletlərin satışına başlayıb.

ABC.AZ xəbər verir ki, aşıyıcı bu marşrutu “dünyanın ən uzun birbaşa reysi” adlandırıb. Uçuşlar həftədə iki dəfə Boeing 777-300ER təyyarələri ilə həyata keçiriləcək.

Aviaşirkət marşrutu həmçinin Asiya-Sakit okean regionu ilə Cənubi Amerika arasında “Hava İpək Yolu” adlandırıb.

Argentina paytaxtına uçuş 25.5 saat davam edəcək, geri dönüş isə 29 saat çəkəcək. Marşrut sərnişinlərin dincəlməsi üçün Yeni Zelandiyada iki saatlıq dayanacaq nəzərdə tutur.

Hazırda ən uzun fasiləsiz reysi “Singapore Airlines” yerinə yetirir. Aviaşirkət Sinqapurdan Nyu-Yorka 18 saatlıq uçuş həyata keçirir. Hər il bu istiqamətdən 65 min sərnişin istifadə edir.