İlin 6 ayında Azərbaycanın CƏB profisiti 2,3 milyard dollar olub

10:16 - 17.09.2025


17 sentyabr, Fineko/abc.az. Bu ilin ilk 6 ayında Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisiti 2,3 milyard ABŞ dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, bununla da CƏB-də ÜDM-in 6,3%-i səviyyəsində müsbət saldo yaranıb.

Müəllif: Elmir Murad