Azərbaycan Türkiyədən 8 ayda bu qədər taxıl, paxlalılar, yağlı toxumlar idxal edib

12:14 - 15.09.2025


15 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 110,694 milyon ABŞ dolları dəyərində taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % çoxdur.

Təkcə avqustda isə Türkiyə Azərbaycana 13,397 milyon ABŞ dollarlıq taxıl, paxlalılar, yağlı toxumlar və onun məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,3 % çoxdur.

8 ayda Türkiyənin taxıl, paxlalılar, yağl toxumları və onun məhsullarını ixracının ümumi dəyəri illik müqayisədə 4,3 % artaraq 8,064 milyard ABŞ dollarına, avqustda isə 0,5 % artaraq 969 milyon ABŞ dollarına çatıb. (© Report)