Naxçıvanda kənd təsərrüfatının ümumi məhsulu 1,5 % azalıb

15:36 - 11.09.2025


11 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 264 milyon 10 min 100 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, 149 milyon 179 min 700 manatı bitkiçilik sahəsi üzrə, 114 milyon 830 min 400 manatı isə heyvandarlıq sahəsi üzrə olunub.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 % azalıb.