12:08 - 11.09.2025
11 sentyabr, Fineko/abc.az. “Azersky-2″ peyki 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq”.
ABC.AZ xəbər verir ki, bunu “Azərkosmos”un Coğrafi İnformasiya Sistemləri (CİS) Mərkəzinin Tematik emal bölməsinin rəhbəri Murad Camalov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında – “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Qafqazda öz peyklərinə sahib olan yeganə ölkədir:
“Bu peyklərdən 2-si – “Azerspace-1” və “Azerspace-2” telekommunikasiyalarından ibarətdir.
“Azersky-2” isə 2026-cı ildə təkrar fəaliyyətə başlayacaq. Yeni nəsil “Azersky-2″ peyki daha keyfiyyətli və daha dəqiq məlumat təminatı ilə ölkəmizə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafında öz böyük dəstəyini göstərəcək”.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026