15:31 - 9.09.2025
9 sentyabr, Fineko/abc.az. Pakistan əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətini artırmaq üçün Azərbaycanın "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır.
ABC.AZ xəbər verir ki, bu barədə Pakistanın"Business Recorder" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, bu barədə ölkənin informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaca İslamabadda "ASAN xidmət"in sədri Ülvi Mehdiyevlə görüşündə bildirib.
"Pakistan vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə "ASAN xidmət" modelini tətbiq etməyə çalışır. Ölkə bu modelin uğurla tətbiqi üçün bütün lazımi şərtlərə - güclü siyasi iradəyə, rəqəmsal hazırlığa və inteqrasiya olunmuş identifikasiya sistemlərinə malikdir", - Şaza Fatima bildirib.
Öz növbəsində, Ü.Mehdiyev qeyd edib ki, "ASAN xidmət" mərkəzlərindən vətəndaşların məmnunluq səviyyəsi 99,9 %-ə çatır. O, Azərbaycanın dövlət xidmətlərinin göstərilməsinə müasir yanaşmasından bəhs edərək onun səmərəliliyini və əlçatanlığını vurğulayıb.