10:56 - 9.09.2025
9 sentyabr, Fineko/abc.az. Biz artıq "SİMA"nın 5 milyon istifadəçisinə çatmışıq.
ABC.AZ xəbər verir ki, bunu jurnalistlərlə keçirilmiş görüşdə "Azintelekom"un Kommersiya Departamentinin direktoru Fərrux Fərəcullayev bildirib.
O qeyd edib ki, "SİMA" application-u hazırda Top 5 məhsulun içərisindədir. Departament direktoru şirkətin əsas məqsədini belə izah edib:
"Bizim əsas məqsədimiz odur ki, qurumlar özləri həllə qoşulsunlar, inteqrasiya etsinlər. Heç kəs düşünməzdi ki, kimsə oturub evdə heç yerə getmədən öz işlərini elektron formada həyata keçirə biləcək. Bu o deməkdir ki, SİMA özünü doğrultdu. Bundan sonra da çalışacağıq ki, qurumlar, banklar maksimum formada SİMA-ta inteqrasiya edə bilsinlər. Hazırda 22 bankdan 18-i bizim həllə qoşulub, qalan 4 bankın qoşulması istiqamətində işlər gedir".
Müəllif: Elmir Muradov