Beş ildə Azərbaycanda neçə taksi istehsal olunub?

15:07 - 8.09.2025


8 sentyabr, Fineko/abc.az. Bu ilin iyul ayında Azərbaycanda 2019-2024-cü il istehsalı olan taksilərin sayı 14 min 792 olub.

ABC.AZ xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bu, iyun ayı ilə müqayisədə 12,9 % və ya 1 687 taksi çoxdur. Belə ki, bu ilin iyununda 2019-2024-cü il istehsalı olan taksilərin sayı 13 min 105 olub. Bu isə may ayı ilə müqayisədə 732 taksi və ya 5,9 % çoxdur.