Dəmir yolu ilə ölkədaxili sərnişin daşımaları 20% artıb

16:51 - 3.09.2025


3 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 6 milyon 212 min 865 sərnişin daşınıb.

ABC.AZ ADY-yə istinadən xəbər verir ki, bu ilin 8 aylıq ümumi sərnişindaşıma göstəricisi keçən ilin müvafiq dövrünün nəticələrini 20 % üstələyib.

Avqust ayında isə ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 734 min 218 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 12,3 % daha çoxdir.