İngiltərə qanunsuz miqrasiyaya qarşı mübarizə üçün rəqəmsal pasportun tətbiqini nəzərdən keçirir

15:20 - 3.09.2025


3 sentyabr, Fineko/abc.az. Britaniya qeyri-leqal miqrasiyaya qarşı tədbir kimi rəqəmsal pasportdan istifadə etməyə başlaya bilər.

ABC.AZ xəbər verir ki, belə bir açıqlama Britaniya Baş naziri Kir Starmer ofisinin mətbuat katibi tərəfindən verilib.

Eyni zamanda, Independent nəşri vurğulayır ki, Britaniya hakimiyyəti yuxarıda göstərilən sənədin mövcudluğunun Britaniyanın bütün əhalisi üçün məcburi olub-olmayacağına dair izahat verməyib.

Belə ki, bu ideyanın tərəfdarları əmindirlər ki, tədbir saxta sənədlərlə və qeyri-leqal şəxslərlə mübarizədə ciddi kömək olacaq. Öz növbəsində, rəqəmsal vəsiqə fikrinin əleyhdarları bu fikrin vətəndaşların şəxsi həyatının toxunulmazlığına zidd olduğunu iddia edirlər.