Qızılın bir unsiyası 3500 dollar səviyyəsini aşaraq rekordunu yeniləyib  

14:18 - 2.09.2025


 2 sentyabr, Fineko/abc.az.  Dünya bijalarında qızıl bir unsiya üzrə $3500 səviyyəsini aşaraq rekordunu yeniləyib.

ABC.AZ xəbər verir ki, bu artım Federal Ehtiyat Sisteminin FED-in faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər və ABŞ mərkəzi bankının gələcəyi ilə bağlı narahatlıqlar fonunda baş verib.

İlin əvvəlindən metalın qiyməti 30%-dən çox bahalaşaraq onun “təhlükəsiz liman” statusunu daha da gücləndirib.

Artımı zəif iqtisadiyyat, geosiyasi qeyri-sabitlik və FED-in müstəqilliyinin zəifləməsi təhlükəsi dəstəkləyir. Analitiklər yaxın rüblərdə yeni maksimumların qeydə alınacağını proqnozlaşdırırlar.