BKM ilə 2,3 milyon avro emal olunmuş ödəniş əməliyyatları aparılıb

12:12 - 1.09.2025


1 sentyabr, Fineko/abc.az. Bu ilin avqustun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 17 min ədəd həcmdə 2,3 milyon avro emal olunmuş ödəniş əməliyyatları aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Qeyd edilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 3,5 min ədəd və ya 25,9%, məbləğ baxımından isə 0,4 milyon avro və ya 21% çoxdur.

Qeyd edək ki, Banklararası Kart Mərkəzi (BKM) – bank kartları ilə aparılan ödənişlərin təhlükəsiz və sürətli şəkildə emalını, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsi və yekunlaşdırılmasını təmin edən texnoloji və maliyyə infrastrukturudur.