17:25 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Böyük Britaniya ilə Ermənistan arasında əməkdaşlığın səviyyəsi strateji səviyyəyə qaldırılacaq, bunu Britaniya hökumətinin Avropa İşləri naziri Stiven Douti Ermənistana rəsmi səfəri zamanı təsdiqləyib.
ABC.AZ xəbər verir ki, bu barədə avqustun 28-də Böyük Britaniyanın Yerevandakı səfirliyinin mətbuat xidməti məlumat verib.
Səfər Doutinin Cənubi Qafqaza geniş səfəri çərçivəsində baş tutub.
"Səfər Böyük Britaniyanın Beynəlxalq tərəfdaşlığının şaxələndirilməsi çərçivəsində Ermənistanla əlaqələrin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirdi", — səfirliyin məlumatında deyilir.
"Douti ikitərəfli münasibətlərin inkişafına sadiqliyini təsdiqləmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb. Onlar həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesində son irəliləyişləri və demokratik islahatların gücləndirilməsi səylərini müzakirə ediblər", - deyə diplomatik idarədən bildirilib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026