14:29 - 28.08.2025
28 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 3 milyon 345 min 694 tondan çox dizel yanacağı istehsal edib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumundan (EPDK) bildirilib. Bu, 2024-cü ilin ilk yarımili ilə müqayisədə 217 min 984 ton və ya 6,97 % çoxdur.
Bu ilin iyun ayında isə STAR NEZ 527 min 978 tondan çox dizel yanacağı istehsal edib ki, bu da 2024-cü ilin iyun ayı ilə müqayisədə 209 min 113 ton və ya 65,6 % çoxdur.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Türkiyədə neft emalı zavodları tərəfindən 8 milyon 378 min 739 tona, iyun ayında 1 milyon 403 min 874 tona yaxın dizel yanacağı istehsal edilib. Bu, bir il öncəki dövr ilə müqayisədə müvafiq olaraq 407 min 087 ton (5,1 %) və 143 min 715 ton (11,4 %) çoxdur. (Report)
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026