16:37 - 27.08.2025
27 avqust, Fineko/abc.az. Amerikalı aktyor Stiven Siqal oğlu Dominik San Rokko Siqal ilə birlikdə Moskvada "Hikari" MMC şirkətini dövlət qeydiyyatından keçirib.
ABC.AZ xəbər verir ki, bu Hüquqi şəxslərin vahid dövlət reyestrinin məlumatlarında əks olunub.
Şirkət avqustun 26-da təsis edilib. Reyestrin bazasına əsasən, şirkət ticarət fəaliyyəti və idarəetmə sahəsində məsləhətləşmə sahəsində ixtisaslaşmışdır. MMC-nin həmtəsisçisi Mixail Zamarinin sözlərinə görə, "Hikari" o cümlədən çirkli plastiklərin emalı ilə məşğul olacaq.
İyul ayında Stiven Siqal "Beş element" MMC-də baş direktor vəzifəsini tərk etmişdi.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026