15:10 - 18.08.2025
18 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 2 milyard dolları ötüb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan ABC.AZ-a bildirilib ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın qeyri-neft ixracı 2 milyard 087,9 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Cari ilin təkcə iyul ayında qeyri-neft məhsullarının ixracının dəyəri 333,9 milyon dollar olub. Bu göstərici illik ifadədə 20 faiz artıb.
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026