17:09 - 15.08.2025
15 avqust, Fineko/abc.az. Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2025-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, milli valyuta ekvivalentində 30 milyard 231,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a bildirilib ki, ümumi kredit portfelinin 25 milyard 322,6 milyon manatı və ya 83,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 94,2 faizi banklar, 5,8 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 16,8 faiz artaraq 527,4 milyon manat olmuş və ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026