10:02 - 11.08.2025
11 avqust, Fineko/abc.az. Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Bitkoin 3,4% artaraq $122 084,1-a çatıb. Dünyanın ən iri kriptovalyutası artıq iyul ayının ortasında qeydə alınan $123 000 aşan rekord maksimumdan bir addımlıqdadır.
ABC.AZ xəbər verir ki, dünyanın ikinci ən iri kriptovalyutası Ethereum da keçən həftə $4 000 səviyyəsini keçdikdən sonra artımını davam etdirir və 2021-ci ilin bull bazarı zamanı əldə etdiyi rekord maksimumlara yaxındır. Hazırda onun qiyməti $4 324,54 təşkil edir ki, bu da əvvəlki bağlanış qiymətinə nisbətən 1,58% çoxdur.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026