14:13 - 7.08.2025
7 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan Azərbaycan dövlətinə, əsasən SOCAR-a Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 1,5 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 25% çoxdur.
Bu barədə ABC.AZ bp şirkətinin cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatına istinadla xəbər verir.
Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 8 mln. kubmetr qaz verilib.
“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.
Qeyd edək ki, AÇG-də hasil edilən səmt qazının bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.
Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026