Yaşıl kart sistemi üzrə fəaliyyət göstərən sığorta şirkətlərinin adı açıqlandı

11:08 - 7.08.2025


7 avqust, Fineko/abc.az. İcbari Sığorta Bürosu (İSB) “Yaşıl Kart” sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşlara müraciət edib.

ABC.AZ İSB-nin məlumatına istinadla xəbər verir ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçısı olan sığorta şirkətləri bunlardır: “AtaSığorta” ASC, “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.

Qeyd edək ki, İSB “Yaşıl Kart” sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq “Yaşıl Kart” Sistemində Azərbaycanı təmsil edir.