15:51 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Çin İnvestisiya Korporasiyası (CIC), Malayziya, İndoneziya və Taylandın suveren sərvət və pensiya fondları ilə birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurasını (CAJIC) təsis edib.
Çinin Syamen şəhərində keçirilən 26-cı Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) çərçivəsində elan edilən CAJIC institusional əlaqələrin gücləndirilməsi, bilik mübadiləsi və kapital əməkdaşlığı istiqamətlərini əhatə edəcək. Şura ARDNF-nin Çin və Cənub-Şərqi Asiya regionunda formalaşdırdığı strateji tərəfdaşlığın davamıdır.
Qeyd edək ki, bu təşəbbüs ARDNF, CIC və INA tərəfindən idarə olunan 1 milyard dollar hədəfli “Galaxy Orientis” (CAIP) özəl kapital platformasını tamamlayır. Bu cür iri institusional platformalarda iştirak ARDNF portfelinin uzunmüddətli şaxələndirilməsinə və Orta Dəhliz çərçivəsində Azərbaycanın Asiya ilə maliyyə-iqtisadi əlaqələrinin güclənməsinə xidmət edir.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026