Bakı və Ankara elektrik şəbəkələrini birləşdirir

16:43 - 11.09.2026


11 sentyabr, Fineko/abc.az Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumunun mətbuat konfransında energetika naziri Pərviz Şahbazov neft-qaz sahəsindəki tərəfdaşlığın artıq elektrik enerjisi sektoruna keçdiyini bəyan edib:

"Gələcəyin tələbi: Rəqəmsallaşma və süni intellektin inkişafı fonunda elektrik enerjisinə artan tələbatı qarşılamaq üçün irimiqyaslı istehsal və şəbəkə bağlantıları planlaşdırılır.

Bakı və Ankara öz əraziləri vasitəsilə regional enerji ötürülməsini təmin edən geniş coğrafi bağlantı qurmağı hədəfləyir.

Naxçıvan-Türkiyə xətti, Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan xətti və Qara dəniz altı ilə elektrik bağlantıları layihələrinə Türkiyənin inteqrasiyası müzakirə olunur. Layihələr həm ənənəvi, həm də "yaşıl" elektrik enerjisinin uzaq regionlara rahat və fasiləsiz ötürülməsinə şərait yaradacaq".