TEİAŞ və "AzərEnerji" regionun elektrik şəbəkəsini gücləndirir

17:23 - 11.09.2026


11 sentyabr, Fineko/abc.az. Türkiyənin Elektrik Ötürmə Səhmdar Cəmiyyətinin (TEİAŞ) İdarə Heyətinin sədri Mustafa Pustu Bakıda keçirilən V Enerji Forumunda "AzərEnerji" ilə tərəfdaşlığın genişləndiriləcəyini bəyan edib.

TEİAŞ "AzərEnerji" ilə texniki bilik və təcrübə mübadiləsini artırmağa, eləcə də birgə layihələr hazırlamağa böyük önəm verir.

Əsas hədəf: Əməkdaşlıq yalnız yeni xətlərin çəkilməsini deyil, hər iki ölkənin strateji üstünlüklərinə əsaslanan, texniki baxımdan güclü və kommersiya cəhətdən əlverişli regional elektrik infrastrukturunun qurulmasını nəzərdə tutur. Türkiyə tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməyə və Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq şəraitində çalışmağa hazır olduğunu bildirib.