11:44 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair yeni fərman imzalayıb.
Fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, digər dövlət qurumlarının büdcədənkənar vəsaitlərinin sosial müdafiə hissəsindən yalnız "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərin sosial müdafiəsi üçün istifadə edilə bilər.
Sənədə əsasən, büdcədənkənar vəsaitlər hesabına işçilərin vəzifə maaşına verilən əlavələr təqvim ayı ərzində hər işçi üçün aylıq vəzifə maaşının 1,0 mislini keçə bilməz. Mükafat və digər ödənişlərin yuxarı həddi isə təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizi həcmində müəyyən edilib.
Bu qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunur.
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026