16:59 - 11.09.2026
11 Sentyabr, Fineko/abc.az. Dünyanın ən varlı şəxslərinin siyahısında ciddi dəyişikliklər baş verib. Lüks brendlərin, o cümlədən "Louis Vuitton"un sahibi Bernard Arnault "Bloomberg Milyarderlər Endeksi"ndə ilk 10-luqdan kənarda qalaraq 143,0 milyard dollar sərvətlə 11-ci pilləyə geriləyib. Onun sərvəti ilin əvvəlindən bu yana 64,9 milyard dollar azalıb.
Yeni reytinq cədvəlinə texnologiya giqantlarının rəhbərləri liderlik edir:
Elon Musk (1-ci yer): 918,8 mlrd dollar (İlin əvvəli: +299,4 mlrd dollar)
Larry Page (2-ci yer): 286,0 mlrd dollar (İlin əvvəli: +17,0 mlrd dollar)
Jeff Bezos (3-cü yer): 273,7 mlrd dollar (İlin əvvəli: +20,4 mlrd dollar)
Sergey Brin (4-cü yer): 266,0 mlrd dollar (İlin əvvəli: +15,9 mlrd dollar)
Michael Dell (5-ci yer): 244,6 mlrd dollar (İlin əvvəli: +104,7 mlrd dollar)
Mark Zuckerberg (6-cı yer): 228,7 mlrd dollar (İlin əvvəli: -4,5 mlrd dollar)
Larry Ellison (7-ci yer): 207,5 mlrd dollar (İlin əvvəli: -39,8 mlrd dollar)
Jensen Huang (8-ci yer): 180,9 mlrd dollar (İlin əvvəli: +26,4 mlrd dollar)
Steve Ballmer (9-cu yer): 172,2 mlrd dollar (İlin əvvəli: +3,8 mlrd dollar)
Warren Buffett (10-cu yer): 144,2 mlrd dollar (İlin əvvəli: -7,2 mlrd dollar)
Siyahının davamında Bernard Arnault 143,0 mlrd dollarla 11-ci, Jim Walton 135,5 mlrd dollarla 12-ci, Amancio Ortega 133,0 mlrd dollarla 13-cü, Rob Walton 132,9 mlrd dollarla 14-cü və Alice Walton 131,7 mlrd dollarla 15-ci pillədə qərarlaşıb.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026