Azərbaycanda pul bazası azalıb

10:22 - 4.08.2025


4 avqust, Fineko/abc.az. Azərbaycanda pul bazası bu il avqustun 1-nə 21,24 milyard manata bərabər olub.

ABC.AZ  Mərkəzi Bankın məlumatına  istinadla xəbər verir ki,  son bir ayda pul bazası 1,1 % azalıb.
İllik müqayisədə isə pul bazası 2,5 % artıb.