Gürcüstanla dövlət sərhədi magistralı ilə birləşdirən bu yollar əsaslı təmir olunacaq

15:03 - 31.07.2025


31 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncama əsasən, Bakı–Ələt–Qazax–Gürcüstan magistralını Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən yolların əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.